Üçüncü Bahar Könüllülər Məktəbi yaradıldı

  • Üçüncü Bahar layihəsi artıq 3-cü ildir könüllülük fəaliyyətinin təşviqi istiqamətində işlər həyata keçirir. Üzvlərimiz bu günə qədər DOST Agentliyi, Kapital Bank, Hilton hotel, Banklar Assosiasiyası, ASAN xidmət mərkəzlərində könüllü şəkildə fəaliyyət göstəriblər. Cənab Prezident tərəfindən 2020-ci ilin "Könüllü İli" elan olunması ilə əlqədar biz də öz təcrübəmizə güvənərək dəstək olmaq qərarına gəldik və "Üçüncü Bahar Könüllülər Məktəbi"ni yaratdıq. Bizim əsas missiyamız təqaüdçülər arasında könülllülük vərdişlərinin yaradılması, məşğulluğun artırılması, bu psixologiyanın cəmiyyətimizdə aşılanmasıdır. Əgər "Üçüncü Bahar Könüllülər Məktəbi"nin üzvləri sırasında olmaq istəyirsinizsə, bizə müraciət edin ⬇ 📱 0557062018, 0707062018 📞 012 425 55 23 #üçüncübahar #könüllülükməktəbi #könüllü