“Üçüncü Bahar” “Kənddən Şəhərə” satış mərkəzi ilə əməkdaşlığa başlayıb

  • “Üçüncü Bahar” ölkəmizdə sosial sahibkarlığın güclənməsinə öz töhfəsini verməyə davam edir. Belə ki, bu gündən etibarən pensiyaçıların zəhmət və sevgiylə hazırladıqları torlu torbalar ilk satış nöqtəsi olan “Kənddən Şəhərə” satış mərkəzində alıcılar üçün əlçatandır. Bu əl işlərin satışından gələn gəlir pensiyaçılarımızın sosial rifahının yaxşılaşdırılmasına və təbiətin qorunmasına sərf olunur.