"Üçüncü Baharın təbəssümü" adlı təlim baş tutmuşdur

  • 4 Oktyabr tarixində YAŞA mərkəzində "Üçüncü Baharın təbəssümü" adlı təlim baş tutmuşdur. Təlimimiz Avropada təhsil almış, unikal estetik diş əməliyyatları aparan, "Imperio Baku" akademiyasının Study Club proqramının rəhbəri doktor Anar Kərimin təqdimatında keçirilmişdir. Tədbir zamanı iştirakçılara dişlərə və ağız boşluğuna qulluq qaydaları haqqında ətraflı məlumat verilmiş, iştirakçıların dişlərin sağlamlığı barəsində maraqlandıran suallarına cavablar təqdim olunmuşdur.