"Yayı necə keçirdim?" fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutmuşdur

  • 15 Sentyabr tarixində Yaşa Mərkəzində "Yayı necə keçirdim?" fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutmuşdur. Tədbir "Üçüncü Bahar" layihəsinin rəhbərlərinin nitqi ilə başlamışdır. Qaliblərimiz Yeganə Quluzadə, Narxanım Paşayeva və Namiq Tağızadə mükafatlanma mərasiminə övladları və yaxınları ilə qatılmışdılar. Layihə rəhbərləri Nərmin Qəniyeva və Natəvan Yusifova qaliblərimizi mükafatlandıraraq, onları təbrik etmişdir. Hədiyyələr müvafiq olaraq belə sıralanmışdır: 1. Yeganə Quluzadə (Chinar Hotel & Spa Naftalan və Gashaltı Health hotel Naftalan-dan 2 nəfərlik istirahət üçün hədiyyə paketi) 2. Narxanım Paşayeva (ONTime Travel-dən Nar Bayramı zamanı Göyçay rayonunda keçiriləcək festivala 2 nəfərlik tur paket) 3. Namiq Tağızadə (Üçüncü Bahar tərəfindən Bakı şəhərinin görməli məkanlarına səfər və istirahət üçün 2 nəfərlik tur paket)