"Öz şeirinlə gəl" adlı tədbir keçirilmişdir

  • 15 Sentyabr tarixində Yaşa Mərkəzində "Öz şeirinlə gəl" adlı tədbir keçirilmişdir. Bu tədbirdə həm mərkəzimizin daimi üzvləri həm də tədbirdə iştirak üçün qeydiyyatdan keçmiş təqaüdçülər iştirak etmişdir. Tədbirə qatılanlar yay tətillərində topladığları xoş emosiyaları yazdıqları şeirləri oxumaqla bölüşmüş, iştirakçılarla maraqlı söhbətlər etmişdilər. Bununla yanaşı gələn qonaqlar Yaşa mərkəzində yerləşən kitabxanadaki ədəbiyyatla tanış olmuşdular. Sonda qonaqlar xatirə şəkilləri çəkdirmişdilər.