“YAŞA” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirilib

  • “Üçüncü Bahar” təşəbbüs qrupunun, Kapital Bank və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstəyi ilə “YAŞA” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç. 1) fəaliyyət göstərir. Mərkəzi açmaqda əsas məqsəd təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir araya toplayaraq, onların asudə vaxtlarını maraqlı təşkil etmək, cəmiyyət üçün gərəkli olduqlarını hiss etdirməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir. “Üçüncü Bahar” təşəbbüs qrupunun əsas məqsədi təqaüd yaşına çatmış insanları bir mərkəzdə toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etməklə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017 ci il, 17 fevral tarixindən fəaliyyət göstərir.