“Üçüncü Bahar” üzvləri ilə “Düşünən İnsan” jurnalının redaksiyası arasında görüş keçirilmişdir

  • Cari ilin 28 aprel tarixində “Üçüncü Bahar” üzvləri ilə “Düşünən İnsan” jurnalının redaksiyası arasında görüş keçirilmişdir. Görüşdə təşəbbüs qrupunun üzvləri təqaüdə çıxmış insanlar üçün həyatın yeni səhifəsinin daha da rəngarəng, dinamik davam etməsi istiqamətində fəaliyyət göstərməsindən soz achilib. Görüşdə həmçinin “Düşünən İnsan” jurnalının fəaliyyət stiqamətlərindən, jurnalda yer verilən elmi nailiyyətlərdən, elmin insanlara asan və anlaşılır üslübda çatdırılmasından bəhs olunub. Redaksiya, ömrünün üçüncü baharını yaşayan insaların həyatda qazandıqları təcrübələrdən bəhrələnərək yeni inkişaf perspektivləri əldə edib. Redaksiya tərəfindən təşəbbüs qrupunun kitabxanasına jurnalin son nəşri hədiyyə edilib.