"Qurama" sənəti üzrə ustad dərsi keçirilib

  • 28 aprel 2018-ci il tarixində “Üçüncü Bahar”-ın üzvləri üçün qədim qurama sənəti üzrə Fəridə Mustafayeva tərəfindən ustad dərsi keçirilmişdir. Qurama müxtəlif parça hissələrinin birləşməsindən yaranan el sənətidir. Fəridə xanım üzvlərimizlə qurama haqqında öz təcrübəsi ilə bölüşərək, tikiş texnikasını öyrətdi. İştirakçılar özlərinə məxsus rəng çalarında qurama hazırladılar.