“Dəriyə qulluq” sessiyası

  • 13 aprel 2018-ci il tarixində “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri üçün “Gözəlliyin yaşı yoxdur” layihəsi çərçivəsində İsveçin tanınmış gözəllik brendi “Oriflame” şirkətinin nümayəndələri tərəfindən “Dəriyə qulluq” sessiyası keçirilib. Sessiya zamanı gözəl dəri üçün düzgün qidalanma və qulluq vasitələri haqqında geniş məlumat verilib. “Üçüncü Bahar”-ın üzvləri budəfəki tədbirdə qızları ilə birgə iştirak ediblər və hər yaşa uyğun “NovAge” məhsullarını sınaqdan keçiriblər. Qeyd edək ki, “Üçüncü Bahar” sosial layihəsinin əsas məqsədi təqaüd yaşına çatmış insanları ətrafında toplamaq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin təşkilini həyata keçirməkdir.