Bloqinqin əsasları

  • “Kiçik sahibkarlığa böyük addımlarla” layihəsinin “Bloqinqin Əsasları” mövzusunda seminar keçirilib 04 aprel 2018-ci il tarixində “Üçüncü Bahar” çərçivəsində “Barama İnnovasiya Mərkəzi”-nin dəstəyi ilə “Kiçik sahibkarlığa böyük addımlarla ” layihəsinin davamı olaraq “Bloqinqin əsasları” mövzusundə seminar keçirilmişdir. “Kiçik sahibkarlığa böyük addımlarla ” layihəsinin əsas məqsədi təqaüd yaşına çatmış şəxslərin bu yaşa qədər əldə etdikləri bilik və bacarıqlarından istifadə edərək, yeni texnologiyalar vasitəsi ilə kiçik sahibkar kimi fəaliyyət göstərmək və şəxsi gəlirlərini əldə etməkdir. 17 nəfər təqaüdçünün iştirakı ilə həyata keçirilən seminarda onlayn qeydiyyat və satış imkanları haqqında ətraflı məlumat verilmişdir. Qeyd edək ki, “Üçüncü Bahar” sosial layihəsinin əsas məqsədi ətrafında təqaüd yaşına çatmış insanları toplamaq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin təşkilini həyata keçirməkdir.