Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçiriləcək

  • Doğmalarınıza xəbər verin! “Sosial layihələr” müsabiqəsi çərçivəsində Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçiriləcək.😊 “Üçüncü Bahar” Festivalı yaşlılar üçün nəzərdə tutulmuş tədbirdir. Tədbirə qatılmaqla doğmalarınız yeni dostlar qazana, asudə vaxtını həmyaşıdları ilə xoş və səmərəli keçirə biləcəklər. 📍Festival Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində həyata keçiriləcək. 🗓📌20 dekabrda festival çərçivəsində Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində silsilə tədbirlər keçiriləcək. 🗓📌21 dekabrda isə Bakı şəhəri, Nizami Kino Mərkəzində festivalın yekun tədbiri keçiriləcək. ✅Festivalda yaşlıların əl işlərindən ibarət sərgilər, ustad dərsləri, yaşlıların uşaqlıqda oynadıqları oyunlar, nəsillərarası dialoqa həsr olunmuş tədbirlər keçiriləcək. ✅Proqramda bütün yaşlılar iştirak edə bilər. İştirakçılar “Üçüncü Bahar” Festivalına övladları və nəvələri ilə birgə qatıla bilərlər. ✅Tədbirdə iştirak etmək istəyənlər 📱+994 55 704 20 18 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. ❗QEYD: "Üçüncü Bahar" Festivalı Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində həyata keçirilir. “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən festivalın məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özününüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.