“Ahılların fəal iştirakını təşviq edən məlumatlandırma kampaniyası”na başlanması ilə əlaqədar tədbir keçirilib

  • BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı çərçivəsində “Ahılların fəal iştirakını təşviq edən məlumatlandırma kampaniyası”na başlanması ilə əlaqədar tədbir keçirilib. Layihənin icraçı tərəfdaşı kimi Üçüncü Bahar Yaşlılara Dəstək İctimai Birliyi çıxış edir və Azərbaycanın müxtəlif şəhərlərində təqaüdçülərlə məlumatlandırma görüşləri keçirilir.