Tbilisidə “Sağlam Yaşlanma” mövzusunda seminar keçirilir

  • BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndəliyi tərəfindən Gürcüstanın paytaxtı Tbilisidə “Sağlam Yaşlanma” mövzusunda seminar keçirilir. İki gün davam edəcək tədbirdə Üçüncü Bahar Təşəbbüs Qrupunun həmtəsisçisi Nərmin Qəniyeva və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli çıxış edərək mövzu ilə bağlı Azərbaycan təcrübəsini ilə bölüşüblər.