Ən fəal maliyyə savadlığı dəstəkçisi

Məkan:

Keçirilmə vaxtı:

  • 12/19/2018

  • ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının rəhbərləri və digər dəvətlilər iştirak edib. Nominasiya üzrə qaliblər sırasında “Üçüncü Bahar” təşəbbüs qrupu da olub. Belə ki, “Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə mükafatlandırılıb. Layihənin əsas istiqamətlərindən biri, təqaüdçülər arasında maliyyə savadlığının artırılmasıdır. Aparılan silsilə təlim-tədris proqramları çərçivəsində təqaüdçülərə pos terminallardan, pensiya kartlarından, onlayn ödənişlərdən, nağdsız hesablaşmalardan istifadə qaydaları təşviq edilir. Layihə çərçivəsində nəinki paytaxtda, həmçinin ölkənin beş regionunda təlim proqramları keçirilib. Qeyd edək ki, bu “Üçüncü Bahar”ın ilk mükafatıdır. Təşəbbüs qrupu 2017-ci ildən fəaliyyət göstərir. Maliyyə savadlığı və digər mövzulu tədbirlərə qoşulmaq üçün təqaüdçülər layihənin YAŞA mərkəzinə müraciət edə bilərlər.