“NƏ? HARADA? NƏ ZAMAN?” INTELLEKTUAL YARIŞI KEÇIRILIB

Məkan:

Keçirilmə vaxtı:

  • 04/27/2019

  • Azərbaycanda ilk dəfə pensiyaçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarış aprelin 27-də “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri üçün “Turan” klubunun təşkilatçılığı ilə “Crazy Bear”da baş tutub. 8 komandanın yarışdığı oyun maraqlı suallarla dolu qalibiyyət uğrunda gərgin mübarizə ilə yadda qalıb. Sonda qalib komandalar mükafatlandırılıb. Belə ki, “Şimşək” komandası I yeri, “Cavan gözəllər” komandası II yeri, “Lalə” və “Xəzər” komandaları III yeri bölüşdürüblər. Turnirin reytinqcə ən çətin sualını Seda Əliyeva adlı pensiyaçı cavablandıraraq fərqlənmə mükafatına layiq görülüb. Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017-ci ildən fəaliyyət göstərir. Layihənin əsas məqsədi təqaüdə çıxmış əhalinin asudə zamanının səmərəli təşkili ilə məşğuldur. Qrupun YAŞA mərkəzi fəaliyyət göstərir. Təqaüdçülər bu mərkəzdə müxtəlif istiqamətli təlim-tədris proqramlarında iştirak edirlər.