Mən, Narxanım Paşayeva. 67 yaşım var.

  • 05/01/2019

  • Səyahət - mənim çoxdankı arzumdur. Mütəmadi olaraq şəhərimizdə yaşlı xarici turistləri görəndə ürəyimdə “görəsən mən də təqaüdə çıxanda onlar kimi səyahət edə bilərəmmi?” sualı yaranırdı. Səyahət etməyi çox sevirəm. Hələ təqaüdə çıxmazdan əvvəl bu sual başımda dolanırdı və əmək haqqı alanda maaşımdan hər ay az miqdarda ayırmaq məqsədi qoydum qarşıma. 1980 - ci ildə səhhətimdə gözlənilmədən çətinlik yarandığına görə ilk dəfə sanatoriyaya getməli oldum. Topladığım pul işimə yaradı, demək ki, əbəs yerə düşünməmişəm. İllər keçdi maaşımdan ayırdığım pullar hər dəfə başqa xəyallara aparırdı məni. Arzularıma daha da yaxınlaşırdım. Əvvəlcə ancaq Rusiyaya, Yessentukiyə gedirdim. Təqaüdə çıxandan sonra iş yerimdən mənə ayrılan pulu Bank hesabına yatırdım və ilk dəfə 2012-ci ildə Avropa səyahətimə ilk biletimi əldə etdim. Bununla da mənim illər öncə özümə verdiyim sual cavabını tapdı! Bəli, mən də bir azərbaycanlı pensiyaçı kimi səyahət edə bilirəm.. ardı var