YARANMA TARİXİ & MƏQSƏD VƏ DƏYƏRLƏRİMİZ

Pensiyaya çıxmaqla insanların həyatında yeni imkanlar yaranır, çalışdıqları dövrdə vaxt ayıra bilmədikləri və sadəcə xəyalını qurduqları işləri həyata keçirmək üçün asudə vaxtları artır. Hazırki cəmiyyətin qurucusu olan bu dəyərli insanların həyatı tam dinamikası ilə davam etdirmələri, artan asudə vaxtlarını daha faydalı və məzmunlu fəaliyyətlə doldurmaq imkanlarını reallaşdırmaları üçün onların asudə vaxtlarının təşkil olunmasının təşviqinə ehtiyac yaranır.